Bakı-Naxçıvan reysində problem yaranıb

Bakı-Naxçıvan reysində problem yaranıb

İyunun 11-də gecə saatlarında Bakı-Naxçıvan reysində problem yaranıb.

Saat 23:00-a planlaşdırılan Bakı-Naxçıvan reysi hələ də baş tutmayıb. Sərnişinlər bu saatadək hava limanında gözlədiklərini və Naxçıvana heç bir uçuş edilmədiyini bildiriblər. Hazırda Bakı-Naxçıvan reysi üzrə gecikmələr müşahidə olunur.

Hava limanında olan sərnişinlər “Qafqazinfo”ya bildiriblər ki, bir neçə saatdır Naxçıvana gedə bilmirlər.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski gecikmələrin hava şəraiti ilə əlaqədar olduğunu deyib:

“Axşam saat 8-ə işləmiş uçuşu planlaşdırılan Bakı-Naxçıvan reysi Naxçıvandakı faktiki hava şəraitinə görə saat 23:00-a təxirə salınıb. Hazırda reysdə 2 saatdan çox gecikmə var. Hava şəraitindən asılı olaraq reysin vaxtı yenidən dəyişə bilər. Ancaq hazırkı planlaşdırmaya görə saat 23:00-a nəzərdə tutulub”.

Qeyd edək ki, hazırda Naxçıvanda ildırım çaxır, yağışlı hava müşahidə olunur.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR