Manuel Noyer Almaniya yığmasının rekordunu yeniləyib

Manuel Noyer Almaniya yığmasının rekordunu yeniləyib

Almaniya millisinin qapıçısı Manuel Noyer yeni rekorda imza atıb.

101.az-ın verdiyi məlumata görə, təcrübəli qolkiper AVRO-2020-nin Estoniya ilə seçmə oyununda (8:0) qapısını toxunulmaz saxlayıb.

Bu, 33 yaşlı əlcək sahibinin Bundestimdə 37-ci quru oyunu olub. Bununla da M.Noyer Almaniya yığmasının rekordunu yeniləyib. Bunadək ən çox quru oyun keçirən qapıçı Zepp Mayer idi. Əfsanəvi qolkiper 36 oyunda qol buraxmamışdı.

Qeyd edək ki, M.Noyer Almaniya yığmasında 88 oyun keçirib.

101.az (redaktor az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR