Niyazi Bayramov gəncəliləri dinləyib

Niyazi Bayramov gəncəliləri dinləyib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb. Görüşdə vətəndaşları maraqlandıran suallar cavablandırılıb, şikayət və təkliflər dinlənilib, onları narahat edən məsələlərin həlli istiqamətində göstərişlər verilib.

101.az bildirir ki, şəhərin Abbas Səhhət küçəsində yaşayan sakinlər 3 və 5 nömrəli marşrut xəttlərinin uzadılmasını xahiş ediblər. Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə təklifin gözdən keçirilməsi tapşırılıb. Müraciət edən sakinlər arasında su, qaz və işıqla bağlı təminatdan şikayət edənlər olub. Səslənən problemlərin araşdırılaraq aradan qaldırılması istiqamətində müvafiq idarələrin rəhbərlərinə tapşırıqlar verilib. Həmçinin bildirilib ki, əhalinin içməli suya olan tələbatı Gəncədə icra edilən su-kanalizasiya xəttlərinin yenilənməsi layihəsi başa çatdıqdan sonra tam ödənəcək. Bununla yanaşı mavi yanacağın olmadığı yeni salınan yaşayış massivlərinin qazlaşdırılmasına, habelə köhnə qaz xəttlərinin yenilənməsinə başlanılıb.

Görüşdə sakinlərin fərdi şikayətləri də dinlənilib. Səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq aradan qaldırılması istiqamətində tapşırıqlar verilib.







101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR