Hindistan təhlükə ilə üz-üzə, "Vayu" yaxınlaşır

Hindistan təhlükə ilə üz-üzə, "Vayu" yaxınlaşır

Hindistanın Qucarat ştatının rəhbərliyi bölgəyə güclü “Vayu” siklonun yaxınlaşması bağlı xəbərdarlıq edib.

101.az-ın məlumatına görə, ştatın baş naziri Vicay Rupani iyunun 12-də sakinləri və bölgədəki turistləri təxliyə olmağa çağırıb.

Qeyd olunur ki, bir neçə gün əvvəl “Vayu” siklonu ilə əlaqədar 300 minədək sakinin təxliyə oluna biləcəyi məlumat verilmişdi.

"Vayu" siklonu Ərəbistan dənizi üzərində formalaşıb və saatda 135 kilometr sürətlər Hindistanın şərq sahillərinə yaxınlaşır.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR