Fransa Azərbaycanın xeyrinə daha bir qərar verdi

Fransa Azərbaycanın xeyrinə daha bir qərar verdi

Fransanın Qrenobıl şəhərinin inzibati məhkəməsi bu ölkənin Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış dörd “Dostluq haqqında xartiya”nı ləğv edib. 101.az-ın verdiyi xəbərə görə, bu barədə Fransada fəaliyyət göstərən “armenews.com” erməni internet resursu məlumat yayıb.

Bildirilir ki, məhkəmə sənədi qanunsuz hesab edərək onun ləğvi ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv edib. Qrenobl şəhər məhkəməsinin bu addımı Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş qərarın məntiqi davamı sayılır.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR