“Gəlinlə bəy bal ayından boşanıb qayıdır…”

“Gəlinlə bəy bal ayından boşanıb qayıdır…”

“Toyda atanın qızı ilə qucaqlaşaraq ağlamasını qəbul etmirəm. Daha sonra əvvələr xınayaxdıları atadan, qardaşdan gizlədərdilər ki, ayıbdır. İndi toyun içinə “xına” salırlar, atanın, qardaşının gözü qarşısında gəlini ağladırlar. Belə şeylər aradan qaldırılmalıdır”.

101.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Hüseynova bacıları” proqramına qonaq olarkən deyib. Bəstəkar-müğənni hazırda toyda adətə çevrilən mövzulara toxunub:

“İstəyirəm toylarda bəstəkar və xalq mahnıları səslənsin, bayağı musiqilərə rəqs etməsinlər. Toydan sonra bəylə gəlinin bal ayına getməsini də dəstəkləmirəm. Gəlinlə bəy bal ayından boşanıb qayıdır. Gəlin qayınana və qayınata yanında oturmalıdır”.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR