Rodriqo Labardini: "Gəncə Meksikanın Toluka-de-Lerdo şəhəri ilə qardaşlaşa bilər"

Rodriqo Labardini: "Gəncə Meksikanın Toluka-de-Lerdo şəhəri ilə qardaşlaşa bilər"

"Gəncə Meksikanın Toluka-de-Lerdo şəhəri ilə qardaşlaşa bilər". Bu barədə 101.az saytına Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini müsahibəsi zamanı bildirib. Onun sözlərinə görə, Toluka- de -Lerdo şəhəri ilə Gəncə bir birlərinə bənzər şəhərlərdir.

Labordini: "Qardaşlıq üçün bu şəhərin seçilməsinin əsas səbəbi isə Gəncə ilə Toluka-de-Lerdonun bir-birinə bənzəməsidir. Belə ki, hər iki şəhər yüksək sənaye potensialına malikdir”.

Səfir həmçinin bildirib ki, Gəncədə Meksikanın məşhur piano ifaçısı Hesus Lepenin konsert proqramı, habelə meksikalı rəssam və fotoqrafların əl işlərinin nümayiş olunduğu sərgi təşkil ediləcək.

Foto: Xəyyam Bayramlı

101.az

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR