Azərbaycanda son 20 ilin REKORD İSTİSİ

Azərbaycanda son 20 ilin REKORD İSTİSİ

"Dünən Azərbaycanda 37 dərəcə isti qeydə alınıb. Bu, son 20 ildə iyun ayı üçün rekord göstəricidir".

101.az verdiyi xəbərə görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.

Nazir bildirib ki, 2009-cu ilin iyun ayında 36 dərəcə isti qeydə alınıb.

M. Babayev iyun ayında Azərbaycanda 37 dərəcə istinin qeydə alınmasını iqlim dəyişikliyinin təzahürü kimi qiymətləndirib.

O vurğulayıb ki, son 30 ildə Azərbaycanda havanın orta temperatur göstəricisi 1.4 dərəcə artıb.

101.az (redaktor az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR