Sərbəst güləşçilər mübarizəyə start verdi - Onlar qələbə ilə başladı

Sərbəst güləşçilər mübarizəyə start verdi - Onlar qələbə ilə başladı

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

101.az xəbər verir ki, bu gün güləş yarışlarına start verilib.

Sərbəst güləşçilər mübarizəyə 12:10-da start verib. Güləşçilərimizin hamısı yarışa 1/8 finaldan qoşulur.

Mahir Əmiraslanov (57 kq) ilk olaraq bolqarıstanlı Georgi Vangelovla üz-üzə gəlib. Mahir Əmiraslano 1/8 finalda Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.

74 kq çəkidə olan Hacımurad Hacıyevin rəqibi Soner Dəmirtaş (Türkiyə) olub. Güləşçimiz Hacımurad Hacıyev 3 qat Avropa çempionu Soner Demirtaşa 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Aleksandr Qostiyev moldovalı Deniv Balaurla qarşılaşacaq. 125 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Camaləddin Məhəmmədov isə Vitali Piasniakı (Belarus) sınağa çəkəcək.

*** 12:43

Aleksandr Qostiyev yarışa inamlı qələbəylə başlayıb. Yığma üzvü ikinci hissədə qazandığı xallarla moldovalı rəqibini məğlub edib. (7:1)

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR