Sevgi haqqında mahnının ən qədim mətni tapıldı

Sevgi haqqında mahnının ən qədim mətni tapıldı

Çexiyalı arxeoloqlar qədim Misirdə sevgi haqqında yazılmış mahnılardan birinin ən köhnə mətnini aşkarlayıblar.

101.az xəbər verir ki, mətn yazısı Misirdə fironların nekropolu ərazisində tapılıb.

Tapıntını unikal edən odur ki, daha əvvəl qədim misirlilərin ancaq dini və elmi məzmunlu mətnlər tərtib etdiyi hesab olunurdu.

Çex dilinə tərcümə edilən mahnıda Yasa adlı oğlanın və gözəl qızın sevgisindən bəhs edilir. Mahnıda “Mən sənin gözəlliyinə vurulmuşam” sözləri yer alıb.

Mahnı 4300 il əvvəl hazırlanıb. Qədim Misir mətninin şifrələrinin açılması bir ildən çox vaxt aparıb.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR