Yunanıstanın yeni baş naziri and içib

Yunanıstanın yeni baş naziri and içib

Yunanıstanın “Yeni Demokratiya” Partiyasının lideri Kiriakos Misotakis baş nazir qismində and içib.

101.az-ın verdiyi xəbərə görə, andiçmə mərasimi prezident sarayında Yunanıstan prezidenti Prokopis Pavlopulosun iştirakı ilə baş tutub.

Qeyd edək ki, iyulun 7-də Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində K. Misotakisin partiyası 300 yerlik parlamentdə 158 yer qazanıb və parlamenti formalaşdırmaq üçün mandat əldə edib.

Axşam hökumətin tərkibinin elan edilməsi gözlənilir.

101.az (redaktor az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR