Cırtdan planet Serera qırışlarla örtülür, ölçüsü isə kiçilir

Cırtdan planet Serera qırışlarla örtülür, ölçüsü isə kiçilir

Tədqiqatçılar hesab edirlər ki, Yerə ən yaxın olan Serera cırtdan planeti ölçüləri kiçildiyi zaman səthi qırışlarla örtülə bilər.

101.az xəbər verir ki, diametri 940 km tərtibdə olan Serera cırtdan planet olmaqla yanaşı, Mars və Yupiter orbitləri arasında yerləşən Asteroidlər Qurşağının böyük obyektlərindən biridir. Əvvəlki tədqiqatlar göstərmişdir ki, bu cırtdan planet təkcə daşlardan yox, həmçinin böyük miqdarda su buzundan ibarətdir.

Sereradan bir az böyük ölçüdə olan buz planetlərin əvvəlki tədqiqatları göstərd ki, Yupiterin təbii peykləri olan Avropa və Qanimed peyklərində olduğu kimi bu səma cisimləri soyumanın nəticəsində səthlərində çatlar və digər xarakterik geoloji formalar nümayiş etdirir. Maye su buzdan daha böyük sıxlığa malikdir, ona görə də buz su üzərində üzür. Tədqiqatçılar Avropa və Qanimedin müntəzəm soyuması nəticəsində əmələ gələn buzun genişlənməsinin səthdə çatların yaranmasına səbəb olduğunu düşünürlər.

Səthin teksturasının (bərk maddə quruluşunun xarakteri) formalaşmasının digər mümkün mexanizmi Merkuri və Mars kimi daş planetlərdə reallaşır. Bu planetlər ölçülərin kiçilməsi nəticəsində səthlərində qırışlar nümayiş etdirir. Bərk daş, ərintiyə nəzərən daha kiçik sıxlığa malikdir. Buna görə də ərimiş materialın soyuması zamanı səthdə dağ süxur qatlarının kəsilməz yerdəyişməsi, başqa sözlə qədim dağ süxurlarının cavan dağ süxurları üzərinə çıxması kimi geoloji formalar - çatlar formalaşır.

İspaniya, Komplutens de Madrid Universitetindən Havyer Ruis (Javier Ruiz) başda olmaqla bir qrup alim yeni tədqiqatda Sererada dağ süxurlarının yerdəyişməsi haqqında məlumat verir. Tədqiqat müəllifləri bunun zaman keçdikcə çırtdan planetin ölçülərinin kiçilməsi ilə izah edirlər. Ruisin qrupu 2015 və 2016-cı illərdə cırtdan planetin orbitində onun səthindən 240 km yüksəklikdə hərəkət edən HACA Dawn kosmik apparatının köməyi ilə alınmış şəkilləri analiz edərək bu nəticəyə gəliblər.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər



ƏN SON XƏBƏRLƏR