Dünyanın ən zəngin insanlarından biri öldü

Dünyanın ən zəngin insanlarından biri öldü

Biznesmen Ros Pero 89 yaşında dünyasını dəyişib. 101.az-ın məlumatına görə, milyarder bir neçə ay idi ki, leykemiyə xəstəliyi ilə mübarizə aparırdı.

Pero “Electronic Data Systems” kompaniyasının təsisçisi idi. O, həmin şirkəti 1985-ci ildə “General Motors”a satmışdı. 3 il sonra biznesmen “Perot Systems” şirkətini yaratmışdı. Bu dəfə isə onun kompaniyasını “Dell” almışdı.

Pero 2019-cu ilin ən zəngin adamları reytinqində 478-ci yeri tuturdu. Onun sərvəti 4,1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR