Lionel Messidən xeyirxah addım

Lionel Messidən xeyirxah addım

Argentina millisinin və "Barselona"nın ulduz futbolçusu Lionel Messinin və ailəsinin sahibi olduğu Rosariodakı restoranda evsiz insanlar üçün xeyriyyə aksiyası təşkil edilib.

101.az-ın verdiyi xəbərə görə, iyulun 5-i başlanan aksiyanın daha 15 gün uzadılması planlaşdırılır. Aksiya çərçivəsində evsiz insanlara isti yeməklər təklif olunur.

Restoranın meneceri Ariel Almada aksiya ilə bağlı deyib: "Bəzi insanlara biz qəhvə, alkoqolsuz içkilər, hətta şərab veririk.Bura bir çox ziyarətçi gəlib və hamısı nəzakətlə davranıblar. Biz bu aksiyanı daha 15 gün uzatmaq istəyirik".

101.az (redaktor az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR