ABŞ-da zəhərli ilanla maşın oğurladılar

ABŞ-da zəhərli ilanla maşın oğurladılar

ABŞ-da qeyri-adi üsulla avtomobil oğurluğu olub.

101.az xəbər verir ki, hadisə Cənubi Karolina ştatının Qrinvil şəhərində baş verib.

Şəhər sakini olan bir qadın avtomobilinin qapısını açarkən kənarda gözləyən şəxs onun üstünə zəhərli ilan atıb.

Qurbanının qorxub geri çəkilməsindən yararlanan oğru maşına oturaraq hadisə yerindən uzaqlaşıb.

Qadın dərhal polisə müraciət edib və qısa zamanda oğruluq edən şəxs saxlanılıb.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR