Ağsuda yaralanan fəhlə Bakıya gətirildi

Ağsuda yaralanan fəhlə Bakıya gətirildi

Ağsu rayonunda təmir işləri zamanı bədbəxt hadisə baş verib.

101.az-ın verdiyi xəbərə görə, hadisə iyulun 9-u saat 15 radələrində rayonun Külüllü kəndində baş verib. “Voltaj Elektrik Quraşdırma Təmir Tikinti” MMC-də elektrik işləyən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Xudaverdi Mürsəlov kənd ərazisində bərpa işləri apararkən elektrik dirəyindən yıxılaraq xəsarət alıb.

O, Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, oradan isə Bakıya gətirilib.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR