Bakıdakı qəzalarda 77 nəfər ölüb - Son altı ayda

Bakıdakı qəzalarda 77 nəfər ölüb - Son altı ayda

Bu ilin altı ayı ərzində Bakıda 244 yol-nəqliyyat hadisəsi baş verib.

101.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində idarənin əməliyyat işləri üzrə müavini, polis general-mayoru Elxan Həsənov deyib.

Rəis müavini bildirib ki, yol-nəqliyyat hadisələrində 77 nəfər ölüb, 216 şəxs müxtəlif dərəcəli xəsarət alıb.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 17,6 faiz, ölənlərin sayı 23 faiz, yaralıların sayı isə 15,6 faiz azalıb.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR