87-ci mövsüm başa çatdı

87-ci mövsüm başa çatdı

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyulun 11-də 87-ci mövsümünü başa vuracaq.

101.az xəbər verir ki, həmin gün yaradıcı heyətin mükafatlandırılması mərasimi keçiriləcək. Teatrın truppası ilə yanaşı onun nəzdindəki “Oyuq” teatr-studiyasında fərqlənməyi bacaran balacalar da öz mükafatlarını alacaqlar.

Teatr əməkdaşlarının stimullaşdırılması məqsədilə keçirilən bu mərasimdə ilin ən yaxşı tamaşası, aktyor və aktrisası, ən məhsuldar əməkdaşı, eləcə də uğurlu debütü, perspektivli işçisi kimi bir sıra digər nominasiyalarda seçilənlər elan olunacaq.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR