Futbolçunun halı pisləşdi, mətbuat konfransını tərk etdi - Video

Futbolçunun halı pisləşdi, mətbuat konfransını tərk etdi - Video

Braziliyalı müdafiəçi Eder Militayu “Real Madrid” futbol klubuna keçidi ilə bağlı təşkil olunan mətbuat konfransında sona qədər otura bilməyib.

101.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran futbolçunun gözlənilmədən halı pisləşib. Başgicəllənməsindən şikayətlənən Eder mətbuat konfrasını tərk edib.

Qeyd edək ki, “Real Madrid” 21 yaşlı E. Militayunu “Portu”dan 50 milyon avroya alıb. Futbolçu ilə imzalanan müqavilə 2025-ci il iyunun 30-dək qüvvədə olacaq.



101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR