“Səbail” və “Neftçi” Avropa Liqasında ilk oyununu keçirəcək

“Səbail” və “Neftçi” Avropa Liqasında ilk oyununu keçirəcək

Bu gün Azərbaycanın iki komandası futbol üzrə Avropa Liqasında mübarizəyə başlayacaq.

101.az-ın məlumatına görə, yarışa I təsnifat mərhələsindən qoşulacaq “Səbail” və “Neftçi” ilk oyunlarını keçirəcək.

“Səbail” avrokuboklarda debüt edəcək. Bakı klubu ilk görüşünü evdə keçirəcək.

Paytaxt futbolçuları Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gələcək.

Avrokuboklar təcrübəsi daha zəngin olan “Neftçi” mövsümə səfərdə başlayacaq. Azərbaycanın ən titullu klubunun rəqibi də daha əlverişlidir.

Bakılılar Moldovada “Speranta” ilə üz-üzə gələcək.

Qeyd edək ki, hər iki komandamız cavab oyununu iyulun 18-də keçirəcək.

101.az (redaktor az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR