Gəncədə ötən ilin iyul hadisələrində şəhid olan polislərin anım mərasimi keçirilib - FOTOLAR

Gəncədə ötən ilin iyul hadisələrində şəhid olan polislərin anım mərasimi keçirilib - FOTOLAR

Gəncədə 2018-ci ildə baş vermiş iyul hadisələri zamanı şəhid olmuş polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasovun anım mərasimi keçirilib.

101.az-ın verdiyi məlumata görə, mərasimdə Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri, Gəncə şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov, İcra başçısı Niyazi Bayramov, şəhid polislərin ailə üzvləri, şəhər ictimaiyyəti, polis əməkdaşları iştirak ediblər.

Şəhid polislərin qəbri üzərinə əkil və gül dəstələri qoyulub, yaxınlarına başsağlığı verilib.

Qeyd edək ki, 2018-ci il iyul ayının 3-də Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı silahlı qəsd hadisəsindən sonra, iyul ayının 10-da şəhər meydanında baş vermiş iğtişaş zamanı polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov şəhid olublar.

Hər iki polis əməkdaşı Gəncədəki Şəhidlər xiyabanında dəfn olunub.












101.az (redaktor az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR