"Kəpəz" TV-nin əməkdaşı Ayaz Hüseynov yubiley medalı ilə təltif olunub - FOTO

"Kəpəz" TV-nin əməkdaşı Ayaz Hüseynov yubiley medalı ilə təltif olunub - FOTO

Beynəlxalq mətbuat Mərkəzində bir sıra jurnalistlər, mətbuat işçiləri, QHT nümayəndələri, Milli Məclis deputataları və eyni zamanda Cumhuriyyət araşdırmaçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunublar. Təltif olunanların sırasında "Kəpəz" Televizisyasının əməkdaşı, jurnalist Ayaz Hüseynovda yer alıb. Bu barədə jurnalist 101.az-a açıqlamasında bildirib: "Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən , Yüksək dövlət mükafatına layiq görüldüyüm üçün mìnnətdarlıq hissimin həddi-hüdudu yoxdu.Təşəkkür edirəm cənab Prezident. Bu tək mənim yox,başda hörmətli Fuad Cabarov olmaqla bütün Kəpəz tv kollektivinin və Gəncəmin uğurudu. Göstərilən etimadı doğruldacağıma söz verirəm!".

Bildirək ki, medalları Əli Həsənov, Azay Quliyev Nuşirəvan Məhərrəmli və Əflatun Amaşov tərəfindən təqdim edilib.





101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR