“İlk matça nisbətən daha çox səhv buraxdıq”

“İlk matça nisbətən daha çox səhv buraxdıq”

“Bolu toplanışında ikinci oyunumuz idi. İlk matça nisbətən daha çox səhv buraxdıq. Bunlar qapımıza qol vurulması ilə nəticələndi”.

101.az-ın verdiyi məlumata görə, bunu “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan Azərbaycan təmsilçisi ikinci yoxlama oyununda Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıb. Görüşdən sonra (1:3) “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanov oyun barədə fikirlərini açıqlayıb: “Belə səhvlərin hazırlıq oyunlarında olması yaxşıdır ki, toplanış müddətində onları aradan qaldıraq və bir daha təkrarlanmasın. İkinci hissədə yağışlı hava oldu, oyunun sürəti də artdı. 20-25 dəqiqə topa komandamız nəzarət etdi. Lakin qol vura bilmədik. Hərçənd bunun üçün imkanlarımız da var idi. Futbolçularımız istədiyimiz elementləri yerinə yetirməyə çalışdılar”.

O, klubunun saytına açıqlamasında növbəti yoxlama matçında tam heyətlə oynamağa çalışacaqlarını da deyib: “İyulun 17-də son matçımız olacaq. Çalışacağıq ki, tam heyətlə oynayaq. Yeni futbolçularımız Klesio və Kristian bu gün 25-30 dəqiqə oynadılar. Vaxtımız az olduğu üçün onların qısa müddətdə komandaya uyğunlaşmasına çalışacağıq. Onlar tam formalarını bərpa edə bilməsələr də, bu mərhələ üçün optimal duruma düşmələrinə nail olmalıyıq. Çünki ayın 25-dək komanda tam formalaşmalıdır”.

Qeyd edək ki, "Qəbələ" ilk yoxlama matçında Ukraynanın "Mariupol" klubuna 2:1 hesabı ilə qalib gəlib.

101.az (redaktor az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR