Dubayda turistlər spirtli içki ala biləcəklər, amma...

Dubayda turistlər spirtli içki ala biləcəklər, amma...

Dubayda turistlərin spirtli içkiləri almasına və saxlamasına icazə veriləcək.

101.az xəbər verir ki, bunun üçün turistlər lisenziya əldə edəcəklər.

Bu lisenziya 30 günü əhatə edəcək və turistlərə pulsuz olaraq veriləcək. Lakin lisenziya yaşı 21-dən yuxarı müsəlman olmayan qonaqlar üçün nəzərdə tutulub.

Lisenziya qaydaları ətraflı şəkildə “Emirates Group”un törəmə şirkəti olan “Maritimeand Mercantile International”ın (MMI) saytında izah edilir. Bunun üçün turistlər özləri ilə pasportlarını götürərək MMI şəbəkəsinin mağazalarından birinə getməli, alıcının həqiqətən də turist olmasını təsdiqləyən zəruri formanı dolduraraq imzalamalıdır. Mağazada yalnız pasportun və ölkəyə daxil olarkən qeydiyyat barədə möhürün surəti tələb olunur.

Bundan başqa, hər bir alıcıya “Turistin davranış kodeksi” adlanan xüsusi kitabça veriləcək ki, burada da spirtli içkilərin qəbulu ilə bağlı əsas məlumatlar toplanıb.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər



ƏN SON XƏBƏRLƏR