Bağırsaqların insan duyğularına İNANILMAZ TƏSİRİ

Bağırsaqların insan duyğularına İNANILMAZ TƏSİRİ

Alimlər bağırsaqları ikinci beyin adlandırır və bu, səbəbsiz deyil. Çünki intellekt, yaddaş və əhval-ruhiyyə birbaşa səhhətimizdən asılıdır.

101.az bağırsaqların duyğularımız üzərində təsiri haqqında maraqlı farktlarla tanış edib.

Hər kəs nə vaxtsa qarnında sanki kəpənəklərin uçuşduğunu hiss edib. Bu duyğular insan emosiyalarının böyük ölçüdə daxili orqanlarının vəziyyəti ilə təyin olunduğunu aydın şəkildə göstərir.

İnsan bədənində yaşayan bakteriyaların sayı hüceyrələrin sayından daha çox yüksəkdir. Bu mikroorqanizmlər bütünlükdə "mikrobiom" adlanır. Bu bakteriyaların əksəriyyəti bağırsaqlarda yaşayır.

Bağırsaq yalnız həzm prosesində deyil, eyni zamanda iltihab prosesləri ilə mübarizədə və immunitetin nizama salmasında əsas rolu oynayır.

Bağırsaq - daxili (enterik) sinir sistemini meydana gətirən 100 milyondan çox neyronları əhatə edən kompleks bir sistemdir. Daxili sinir sistemi ikinci beyin adlanır, çünki ana bətnində dölün yetişməsi zamanı mərkəzi sinir sistemi ilə eyni toxumalardan meydana gəlir.

Daxili sinir sistemi bir çox funksiyaya nəzarət edir və özbaşına bütünləşmiş bir beyin olaraq qəbul edilir. Bağırsqlarda spinal kord üzərindəki neyronlardan daha çox neyron olduğunu təxmin edilməkdədir.

Daxili sinir sistemi ve beyin arasında bir çox kimyəvi paralellik tərtib edilə bilər. Bağırsaqlar və beyin adətən sinir, immunitet və endokrin əlaqələrlə tez-tez bağlantı qurur.

Beyin və bağırsaqlar arasında sıx əlaqəni nəzərə alaraq deyə bilərik ki, bəzən həzm sisteminin işi ilə bağlı müəyyən amillər emosional və psixoloji simptomlara gətirib çıxarır. Bu, xüsusilə bağırsağın ciddi səbəblər olmadan özünü xatırlatdığı zaman nəzərə çarpır.

Yeni elmi kəşflər fonunda ehtimal olunur ki, mövcud emosionallıq və stress nəzərə alınmadan həzm orqanlarının funksional pozğunluqları müalicə edilə bilməz. Beləliklə, tədqiqatlar göstərib ki, psixoloji yanaşmaya əsaslanan müalicə üsulları istifadə edən xəstələr xəstəliyin simptomlarından ənənəvi tibbi müalicə alanlardan daha tez xilas olub.

Həmçinin bağırsaq funksiyasının pozulması skleroz, autizm, hətta parkinson kimi psixonevroloji xəstəliklərin inkişafına gətirir.

Həmçinin, alimlər bağırsaqlarda yaşla bağlı müəyyən dəyişikliklər ilə Alzheymer xəstəliyinin inkişafı arasında bir əlaqə tapıb. Başqa bir araşdırmada alimlər bu qənaətə gəlib ki, bağırsaqlarda iltihab depressiyanın əsas səbəblərindən biridir. Eyni zamanda, heyvanlar üzərində bir çox təcrübələr göstərir ki, bağırsaqdakı mikrobiom manipulyasiyası həqiqətən narahatlıq və hətta depressiyaya səbəb ola bilər.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR