Rumıniyada “Astana”nı Azərbaycan çempionu hesab edirlər

Rumıniyada “Astana”nı Azərbaycan çempionu hesab edirlər

Rumıniya mətbuatı Qazaxıstanın “Astana” futbol klubunu Azərbaycan komandası kimi təqdim edib.

UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin birinci raundunun “ÇFR Kluj” (Rumıniya) - “Astana” arasında keçiriləcək cavab oyununun yayımı haqqında məlumat verən yerli idman verilişində qonaq komanda Azərbaycan təmsilçisi kimi göstərilib:

“İki və daha çox top fərqi ilə istənilən qələbə Rumıniya komandasını növbəti mərhələyə çıxaracaq. Bu cütlüyün qalibi “Makkabi” (Təl-Əviv) ilə görüşəcək. Azərbaycanlılar (!) bir qol vursa, bir top fərqi ilə üstünlük belə, “Kluj”un növbəti mərhələyə çıxmasına imkan verməyəcək”.

Qeyd edək ki, “ÇFR Kluj” - “Astana” oyunu bu gün saat 22:00-da keçiriləcək. İlk qarşılaşma “Astana”nın minimal hesablı qələbəsi ilə başa çatıb.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR