"Neftçi" növbəti sınağına çıxır - BU GÜN

"Neftçi" növbəti sınağına çıxır - BU GÜN

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

101.az xəbər verir ki, təmsilçilərimizdən “Neftçi” də cavab matçına çıxacaq. Roberto Bordinin komandası Bakıda Moldovanın “Sperantsa” klubunu qəbul edəcək. Səfərdəki görüşdə 3 cavabsız qolla qalib gələn “ağ-qaralar” növbəti mərhələyə yüksəlmək üçün böyük üstünlük əldə edib.

Qeyd edək ki, mərhələni adlayan tərəf Rusiya “Arsenal”ı (Tula) ilə qarşılaşacaq.

18 iyul

Avropa Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

21:00 “Neftçi “(Azərbaycan) – “Sperantsa” (Moldova)

İlk oyun – 3:0

Baş hakim: Yulian Vaynbeger (Avstriya)

Bakı. “Bakcell Arena”

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR