Müalicə üçün İrana gedən xalq artisti: ”Bu xəstəliklə mübarizə aparıram”

Müalicə üçün İrana gedən xalq artisti: ”Bu xəstəliklə mübarizə aparıram”

Tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyov sağlamlığı ilə bağlı problemlər yaşadığını deyib.

101.az xəbər verir ki xalq artisti müayinə olunmaq üçün İrana getdiyini bildirib:

“Müayinə olunmaq üçün İrana getmişdim, iki gündür ki, qayıtmışam. Həkimlər dava-dərman yazdılar, evdə müalicə olunuram. Öd kisəm, mədəmin yarısı yoxdur, bronxlarım da bir yandan… Hamısı bir-birinə qarışıb. İrandakı həkimlərin diaqnozuna görə, “qan çatışmazlığı” deyilən bir xəstəliklə mübarizə aparıram. Həftədə bir dəfə bu xəstəliyə qarşı dərman qəbul edirəm. Görək necə olur”.

101.az (yenicag az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR