Brilliant Dadaşovadan ərinə sevgi dolu sözlər: “Səni sevirəm”

Brilliant Dadaşovadan ərinə sevgi dolu sözlər: “Səni sevirəm”

Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı Ədalət Hacıyevə srvfi etirafı edib.

101.az xəbər verir ki, müğənni əri üçün mahnı oxuyub və onu paylaşaraq bunları qeyd edib:

“Ədalət müəllim, bir neçə gün bundan əvvəl ad gününü qeyd edərkən, demişdim sənə musiqi həsr etmişəm. Mahnımız artıq hazırdır. Artıq 31 ildir ki, bu sözləri sənə gecə-gündüz söyləyirəm. 31 illik ailə həyatımızda bircə dəfə də olsun səndən incimədim. Bu musiqidə hər bir söz sənin ad gününə, sənə həsr olunur. Səni sevirəm”.

Qeyd edək ki, Dadaşovanın “Səni sevirəm” adlı mahnısının musiqisi Fərid Kərimliyə məxsusdur.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR