“Neftçi”nin “Arsenal”la ilk oyununun vaxtı açıqlanıb

“Neftçi”nin “Arsenal”la ilk oyununun vaxtı açıqlanıb

Bakının “Neftçi” klubunun növbəti avrokubok matçının vaxtı açıqlanıb.

101.az bildirir ki, Avropa Liqasının II təsnifat mərhələsinin “Arsenal”la ilk oyununun başlama vaxtı dəqiqləşib.

Rusiya təmsilçisi ilə iyulun 25-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. “Neftçi”nin səfər görüşü Tuladakı “Arsenal” stadionunda keçiriləcək.

Qeyd edək ki, cavab oyunu avqustun 1-də baş tutacaq.

101.az (redaktor az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR