Biləsuvar sakininin Mehdiabadda yaşadığı evdən heroin tapıldı

Biləsuvar sakininin Mehdiabadda yaşadığı evdən heroin tapıldı

Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini P.İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobildən 330 qram heroin və 540 qram metamfetamin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayonu Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evdən isə 2 kiloqram 443 qram heroin, 572,682 qram metamfetamin və 3 kiloqram 245 qram marixuana aşkar edilib.

101.az (milli az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR