Türkiyəli aktyor sevgilisini küçədə döydü

Türkiyəli aktyor sevgilisini küçədə döydü

Türkiyəli aktyor Metin Yıldız sevgilisi Gözde Kayranı döyüb.

101.az xəbər verir ki, altı il öncə həyat yoldaşının döydüyünə görə boşanan sənətçi daha bir qalmaqala imza atıb.

Belə ki, cütlük məkanların birində əylənməyə gedib. Cütlük öncə avtomobildə mübahisə etməyə başlayıb. Daha sonra maşından eniblər. Bu zaman isə Metin Gözdeni vurub. O, sevgilini bağışlamayıb və polisə müraciət edib.

Qeyd edək ki, ötən il də Metinin Gözdeni vurması barədə xəbərlər yayılmışdı. Lakin aktyor çıxan məlumatları təkzib etmişdi. Gözde Kayra açıqlamasında “Elə bildim ki, düzələcək. Amma alınmadı. İç üzünü gördüm. Ailəm də birlikdə olmağımızı istəmirdi” deyə, bildirib.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR