Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 7-də 58,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,51 dollar/barel azdır.

101.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,51 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,5 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 55,25 dollar/barel olub, bu da əvvəlki göstəricidən 3,55 dollar/barel azdır.

101.az (yenicag az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR