Məşhur klarnet ifaçısı 35 yaşında tələbə adını qazandı

Məşhur klarnet ifaçısı 35 yaşında tələbə adını qazandı

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ali məktəbə qəbul olub.

101.az xəbər verir ki, bu barədə musiqiçi özü instaqramda məlumat verib.

O, imtahanın cavablarını paylaşaraq bildirib ki, həm yazılı, həm də qabiliyyət imtahanından yüksək bal yığıb. Azərbaycan Milli Konservatoriyasına qəbul olan H.Məhəmmədoğlu Estrada sənəti ixtisasına daxil olub.

Tələbə adını qazanan musiqiçi sevincini hər kəslə bölüşüb: “Tələbə adını qazanmaq mənə də qismət oldu. 35 yaşımın olmasına baxmayaraq, istədim ali savadlı musiqiçi olum. Allaha şükürlər olsun. Tələbə adı qazanan hər kəsi təbrik edirəm”.



101.az (Publika.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR