Azərbaycanlı aktyordan İNANILMAZ SÖZLƏR: “Üzünüzə deməsələr də, cəmdəyinizə...”

Azərbaycanlı aktyordan İNANILMAZ SÖZLƏR: “Üzünüzə deməsələr də, cəmdəyinizə...”

“Siz rejissor deyilsiniz! Fəhlə də deyilsiniz. Fəhlə şərəfli sənətdir. Siz fəhlə rejissor sistemi quran, prodakşınların qulusunuz qulu! 1 illik layihəni 6 aya tamamlamaq igidlik deyil”.

101.az xəbər verir ki, bu sözləri rejissor və aktyor Səmimi Fərhad feysbukda yazıb. Serial rejissorlarının ünvanına kəskin sözlər yağdıran aktyor dərdini sosial şəbəkədə izləyiciləri ilə paylaşıb.

“Vaxtından tez dərilən meyvə kimi işləriniz də qaldı. Üzünüzə deməsələr də, cəmdəyinizə söyürlər, biləsiniz”.

Məlumat üçün bildirək ki, aktyor sonuncu dəfə İctimai Televiziyada (İTV) yayımlanan “Dağıntılar altında” serialında Şahmar obrazında çəkilmişdi.

101.az (Publika.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR