Xəzər İnnovasiya Texnolgiyaları sərgisi keçirilib

Xəzər İnnovasiya Texnolgiyaları sərgisi keçirilib

Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında Birinci Xəzər İqtisadi Forumu keçirilir.

101.az xəbər verir ki, tədbir çərçivəsində beynəlxalq konfrans, “Xəzər innovasiya texnologiyaları” sərgisi təşkil olunub. Həmçinin Xəzəryanı dövlətlərin Nəqliyyat nazirlərinin görüşü planlaşdırılıb.

Forum iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də nəqliyyat və logistika, sənaye, turizm, energetika, ticarət sahələrində yeni texnologiyalar, xidmətlər və həllərlə tanışlıq, həmçinin işgüzar münasibətlərin qurulması üçün mühüm platforma rolunu oynayır.

Forumda Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə yanaşı Azərbaycan da milli pavilyonla təmsil olunub. Qeyd edilən tədbirlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nümayəndə heyəti iştirak edir. Milli pavilyonumuzda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin son innovativ məhsul, xidmət və həlləri nümayiş etdirilir.

Sərgidə İnnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan “Virtual cərrahiyyə” startapı da təqdim olunur. “Virtual cərrahiyyə” layihəsi müasir texnologiyaların tətbiqi ilə daha dəqiq və effektiv cərrahi əməliyyat modelinin hazırlanmasına xidmət edir. Belə ki, KT (kompüter tomoqrafiyası) və ya MRT (maqnit rezonans tomoqrafiyası) müayinələrinin 3D formatı və cərrahi əməliyyatın virtual planlaşdırma sxemi xüsusi holoqrafik cihaza ötürülür. Bundan sonra cərrah artırılmış reallıq eynəyi taxaraq onun kompüterində olan məlumatı xüsusi proqram təminatı ilə əməliyyat sahəsinə yerləşdirir. Beləliklə, cərrah əməliyyat sahəsinin real görüntüləri ilə yanaşı, gözə görünməyən anatomik strukturların 3D formatda radioloji görüntüsünü əldə edir.



101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR