"YouTube" kanalında ən populyar sovet filminin adı açıqlanıb

"YouTube" kanalında ən populyar sovet filminin adı açıqlanıb

"Mosfilm" Kino Konserninin "YouTube" kanalında ən populyar sovet filminin adı açıqlanıb.

101.az bildirir ki, bu barədə məlumat kinostudiyanın saytında yerləşdirilib. Vladimir Menşovun "Məhəbbət və göyərçinlər" filmi ən reytinqli film sayılıb.

Məlumatda deyilir ki, film videohostinqdə yerləşdirilən vaxtdan 20 milyondan çox baxış sayı toplayıb. "I" əməliyyatı və Şurikin başqa macəraları", "İvan Vasilyeviç peşəsini dəyişir" filmləri də ən çox baxılan sovet filmlərindən sayılıb.

101.az (AZƏRTAC)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR