TƏCİLİ: 35 yaşlı azərbaycanlı jurnalist  VƏFAT ETDİ - FOTO

TƏCİLİ: 35 yaşlı azərbaycanlı jurnalist VƏFAT ETDİ - FOTO

Rusiyada yaşayan azərbaycanlı jurnalist Nazilə Həsənzadə vəfat edib.

101.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən 35 yaşlı jurnalist dünən həyatla vidalaşıb.

"Aeroport Perm" jurnalının əməkdaşı olan jurnalist ötən ayın sonlarında Bakıya gəlib. Bir neçə gündən sonra qəfildən kəskin baş ağrıları tutub və təcili şəkildə geriyə - yaşadığı Perm şəhərinə geri dönüb.

Səhəri gün komaya düşüb və 15 gündən sonra komadan ayılmadan bu dünya ilə vidalaşıb.

Qeyd edək ki, N.Həsənzadə süd vəzisi xərçəngindən əziyyət çəkirdi. Uzun müddət müalicə almışdı və xərçəngdən sağaldığını düşünürdü.

Özündən sonra azyaşlı oğlu qaldı.



101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR