Xəstə yatağında olan məşhur yazıçıdan YENİ XƏBƏR

Xəstə yatağında olan məşhur yazıçıdan YENİ XƏBƏR

Uzun müddətdir ki, ev şəraitində müalicə olunan tanınmış yazıçı Vidadi Babanlı səhhətindən danışıb.

101.az xəbər verir ki, yazıçı hələ də, sağlamlığının bərpa olunmadığını bildirib:

“İllərdir ki, evin içində əsa ilə gəzirəm. Həkimlər mütəmadi evə gəlib, müayinə edir. Lakin xəstəlik yaradıcılıq həvəsimi söndürə bilməyib. Bu yaxınlarda “Vicdan susanda” əsərim ingilis dilində çapdan çıxdı. Bir yazıçı olaraq bu məni çox sevindirdi, yaşamaq həvəsimi artırdı. Bu romanım bilirsiniz ki, sovetlər dönəmində ən çox tirajla satılan əsər olub”.

Qeyd edək ki, 5 il əvvəl V. Babanlının ayağı sınıb, sınığın bitişməməsi üzündən yazıçı illərdir ki, yeriyə bilmir.

101.az (yenicag az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR