Bu ölkədə 205 yaşayış məntəqəsi işıqsız qaldı

Bu ölkədə 205 yaşayış məntəqəsi işıqsız qaldı

Ukraynanın 5 bölgəsində 200-dən çox yaşayış məntəqəsi işıqsız qalıb.

101.az xəbər verir ki, buna ölkədə müşahidə edilən kəskin hava şəraiti səbəb olub.

Verilən məlumatda bildirilir ki, avqustun 13-dən 14-nə keçən gecə hava şəraitinin kəskinləşməsi – şimşək çaxması, küləyin əsməsi, yağış və dolu yağması nəticəsində beş bölgədə 205 yaşayış məntəqəsinin elektrik təchizatında problem yaranıb.

Xüsusilə, kəskin hava şəraiti Çernikovski vilayətinin elektrik təchizatına ziyan vurub. Burada 105 yaşayış məntəqəsi işıqsız qalıb. Lvovda 40, Çernovitsdə 26, Kiyevdə 24 və Jitomirdə isə 10 yaşayış məntəqəsində də işıq kəsilib.

Güclü külək və dolu elektrik dirəklərini aşırmaqla yanaşı, evlərin dam örtüklərini də dağıdıb. Xəsarət alan olmayıb.

Hazırda həmin ərazilərdə elektrik verilişinin bərpası üçün təxirəsalınmaz tədbirlər görülür.

101.az (yenicag az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR