Filippində timsah azyaşlı oğlanı yeyib

Filippində timsah azyaşlı oğlanı yeyib

Filippinin Palavan vilayətində timsah 10 yaşlı oğlanı yeyib.

101.az xəbər verir ki, insident avqustun 11-də gecə radələrində baş verib. 10 yaşlı oğlan iki qardaşı ilə birlikdə kiçik qayıqda mağazadan qayıdarkən timsah onu tutub və özü ilə aparıb. Oğlanı müşayiət edənlər xəsarət almayıb. Onun qalıqları bu gün səhər aşkarlanıb.

101.az (apa az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR