Gəncədə mütamadi olaraq iməciliklər təşkil edilir

Gəncədə mütamadi olaraq iməciliklər təşkil edilir

İməcilik şəhərin hava limanına gedən yolun sağ və sol hissələrində keçirilib. Ərazidə olan yaşıllıq zolaqları alaq otlarından təmizlənib, ot örtüyü biçilərək səhmana salınıb. Daş və digər tullantılar, küləyin gətirdiyi kağız parçaları toplanıb. Bundan başqa, əkilən yeni yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Həmçinin, yaşıllıq zollağı mövsümə uyğun güllərlə təzələnib. Son 1 həftə ərzində hava limanına gedən yolda müxtəlif növ 2 minə yaxın gül-çiçək, 100 ədəd müxtəlif növ ağaclar əkilib. Yaşıllıq aksiyası çərçivəsində Gəncədə 40 minə yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Gəncə Şəhər MKTİB-nin Yaşıllaşdırma şöbəsinin baş aqranomu Rizvan Quliyev bu cür iməcliklərin bütün şəhər ərazisində keçirildiyini bildirib. “Burada quru ağaca rast gəmək mümkün deyil. Gündəlik olaraq ərazi daimi nəzarətdə saxlanılır. Hər gün müntəzəm suvarma işləri həyata keçirilir. Aqrotexniki qaydalara tamamilə əməl olunur”-deyə o qeyd edib.















101.az

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR