"Məhsəti" operasının premyerası olacaq

"Məhsəti" operasının premyerası olacaq

Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pikə Axundovanın “Məhsəti” operasının premyerası olacaq.

101.az xəbər verir ki, səhnə əsəri Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində göstəriləcək. Operada baş rolu İnarə Babayeva ifa edəcək.

Səhnə əsəri AzTV-nin Niyazi adına Simfonik Orkestri və C.Cahangirov adına Xoru tərəfindən müşayiət olunacaq.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR