Kral ailəsi Qrenlandiyanın satılmasına razılıq verdi

Kral ailəsi Qrenlandiyanın satılmasına razılıq verdi

Danimarkanın kral ailəsi ABŞ prezidenti Donald Trampın Qrenlandiya adasını almaq təklifinə müsbət yanaşır.

101.az xəbər verir ki, bu barədə “Newsweek” yazıb.

“Adanın alınması təklifi – Qrenlandiya üçün komplimentdir. Yalnız arzulanan torpaqlar belə təklif ala bilər”, – deyə kraliça II Marqrettin qardaşı Valdemarın xanımı, şahzadə Antoniya Şaumburq-Lippe bildirib. O əlavə edib ki, adanın satılması qərarını yerli sakinlər özləri verməlidir.

Belə bir fikirlə Antoniyanın oğlu, şahzadə Mario Maks Şaumburq-Lippe də çıxış edib:

“Mən Qrenlandiyanı sevirəm və istəyirəm ki, oranın xalıq xoşbəxt olsun. Özləri üçün verəcəkləri ən yaxşı qərarı dəstəkləmək lazımdır”.

Xatırladaq ki, Donald Tramp avqustun 16-da Qrenlandiyanı satın almaq fikrində olduğunu bəyan etmişdi.

101.az (yenicag az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR