Uruqvay Prezidentində ağciyər xərçəngi aşkarlandı

Uruqvay Prezidentində ağciyər xərçəngi aşkarlandı

Uruqvay Prezidenti Tabare Vaskesin ağciyərində bədxassəli şiş aşkarlanıb. 101.az-ın məlumatına görə, bu barədə “El Pais” nəşri yazıb.

Uruqvay lideri, ağciyər xərçənginə tutulmasına baxmayaraq, özünü yaxşı hiss etdiyini bildirib. Vaskes onu da əlavə edib ki, lazımi analizlərin verilməsi və əlavə müayinələrdən keçməsi üçün o bir neçə gün klinikada qalmalı olacaq.

Qeyd edək ki, T. Vaskes ilk dəfə 2005-2010-cu illərdə Uruqvaya rəhbərlik edib. 2014-cü ildə vətəndaşlar onu yenidən bu posta seçib.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR