Şəhid pilotumuz dəfn edildi - FOTO (YENİLƏNDİ)

Şəhid pilotumuz dəfn edildi - FOTO (YENİLƏNDİ)

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev II Fəxri xiyabanda dəfn edilib.

Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.

***

11:01

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində ("Sakyanskı" kazarmada) Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotu polkovnik leytenant Rəşad Atakişiyevlə rəsmi vida mərasimi başa çatıb.

Pilot dəfn edilmək üçün MN-in Təlim Tədris Mərkəzindən 2-ci Fəxri Xiyabana aparılıb.

Jurnalistlər mərasimin rəsmi hissəsinə buraxılmayıb.

***

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilir.

Hazırda vida mərasimi davam edir. Mərasimdən sonra pilot II Fəxri Xiyabanda dəfn olunacaq.

***

09:00

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu polkovnik leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi başa çatıb.

Publika.az xəbər verir ki, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsindən götürülən cənazə rəsmi vida mərasiminin keçirilməsi üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə aparılıb.

***

Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotu, polkovnik leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi keçirilir.

101.az xəbər verir ki, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində keçirilən mərasimə hərbçilər, yerli icra qurumlarının nümayəndələri, mərhumun pilot dostları qatılıb.

Yaşadığı ünvandan götürülən Rəşad Atakişiyevin cənazəsi rəsmi vida mərasiminin keçirilməsi üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə aparılacaq.

Qeyd edək ki, təlim-məşq uçuşu zamanı qəzaya düşən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dünən nəşi tapılıb.














101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR