Yol polisi sürücülərə növbəti XƏBƏRDARLIQ

Yol polisi sürücülərə növbəti XƏBƏRDARLIQ

Daxili işlər orqanları tərəfindən ölkə ərazisində "Təmiz hava" aylığı ilə bağlı maarifləndirici aksiyalar davam edir. Növbəti belə tədbir Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təşkil olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobil sürücülərinə inzibati qaydada protokol tərtib olunub və avtomobilin saz vəziyyətdə saxlanılmasına dair sürücünün hüquq və vəzifələri izah edilib. Zərərli qazların miqdarı normadan bir qədər artıq olan sürücülərə isə protokol tərtib edilməyərək xəbərdarlıq edilib.

YPX əməkdaşları həmçinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə çimərliklərdə yol hərəkətini təhlükəsizliyinə dair maarifləndirici aksiya da keçiriblər. Aksiya zamanı müxtəlif maarifləndirici şüarlar əks olunan şüarlar çimərliklərin girişinə vurulub. Yol polisləri sürücülərlə maarifləndirci söhbətlər apararaq onları dənizkənarı ərazilərdə avtomobil idarə edən zaman əməl etməli olduqları təhlükəsizlik qaydaları barədə məlumat veriblər. Sürücülərə yol polisləri tərəfindən hazırlanmış bukletlər təqdim olunub.

101.az (redaktor az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR