Azərbaycan ilə Meksika arasında turist axını artıb

Azərbaycan ilə Meksika arasında turist axını artıb

Meksika ilə Azərbaycan arasında ikitərəfli turist axını artıb.

101.az-ın məlumatına görə, 2018-ci ildə Azərbaycanda meksikalı turistlərin sayı 8.93% artıb, Meksikada isə azərbaycanlı turistlərin sayı 19.06% çoxalıb. Ümumilikdə isə 2014-2018-ci illər ərzində ikitərəfli turist axını 20% artıb.

Bildirilir ki, azərbaycanlı turistlər əsas istiqamətlər kimi Mexiko şəhərini və Kankunu seçirlər. 2018-ci ildə 42 milyondan çox ziyarətçi qəbul edən Meksika dünyanın 6-cı ən çox ziyarət olunan ölkəsinə çevrilib. Ölkənin şimalındakı səhralı ştatlardan – cənubdakı gözəl çimərliklərə qədər, Meksikanın 32 ştatı zəngin mədəniyyət, macəra, istirahət və idman müxtəlifliyini təklif edir.

Türk Hava Yollarının İstanbul-Mexiko-Kankun-İstanbul uçuş xəttinin bu ilin avqust ayında işə salınması isə ölkələrimiz arasında turizm mübadiləsinə töhfə vermək üçün yeni imkanlar açacaq.

101.az (yenicag az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR