İt sahibindən qaçıb, qatara mindi

İt sahibindən qaçıb, qatara mindi

Moskva yaxınlığındakı Tima ləqəbli yaşlı it sahibinin əlindən qaçıb.

Rusiya saytlarının yazdığına görə, hadisə Volokolamsk rayonunun Kozino kəndində, Riqa istiqamətinə aparan dəmiryolu platformasının 133-cü kilometrliyində baş verib.

Qonşular ev sahibinə bildiriblər ki, Tima əvvəlcə sərnişinlər arasında dolaşıb, sonra dəmiryolu platforması ilə qaçaraq, onların çağırışlarına cavab vermədən vaqonlardan birinə girib.

Heyvan sahibi Svetlana Qluşenkova deyib: "Onun platformaya niyə getdiyini bilmirik. Həyat yoldaşımla mən Timanı stansiyaya apardım. Axşam saat altıda məni qatara qoydular, sonra evə qayıtdılar. Ərim onun yeməyini verib, it yuxulayıb. Üç saatdan sonra isə təkcə qatara minib”.

Svetlananın dediyinə görə, itin artıq 15 yaşı var, o eşitmir və yaxşı görmür.

Timanın olduğu qatarın Volokolamskdan keçib, Moskvaya getdiyi ehtimal edilir. Amma heyvanı həmin marşrutdakı stansiyaların heç birində tapa bilməyiblər.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR