İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib.

Dövlətimizin başçısı Yusif bin Əhməd Əl-Osayminin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi kimi fəaliyyətini yüksək qiymətləndirdi və Azərbaycanla əməkdaşlığa verdiyi önəmə görə ona təşəkkürünü bildirdi.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının çox mühüm üzvü olduğunu vurğulayan qonaq ölkəmizin dünyada sülhün və təhlükəsizliyin, o cümlədən müsəlman aləmində İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə verdiyi töhfəsinin əhəmiyyətini qeyd etdi.

Görüşdə ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqun genişləndirilməsində mühüm rol oynadığı qeyd edildi, Azərbaycanın dünyada bütün dinlərin və məzhəblərin sülh şəraitində birgə yaşadığı nümunəvi ölkə olduğu bildirildi, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının önəmi vurğulandı.

Söhbət zamanı Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR